Sərinləmək üçün buz kimi limonad hazırlayın

İsti havalarda sərinləməyin bir yolu da buz kimi limonad içməkdir.

Metbuat.az limonadın hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

1 ədəd limon

1 ədəd portağal

1 stəkan şəkər tozu

3 litr su

Hazırlanması:

Portağal və limonu bir gün öncədən soyuducuya qoyun. Limonat hazırlayacağınız zaman soyuducudan çıxarıb 10 dəqiqə saxlayın. Portağal və limonu (qabıqlı halda) dilimləyin və blenderə əlavə edin. Üzərinə bir stəkan şəkər tozu əlavə edib məhsulları qarışdırın.

3 litr suya hazırladığınız qarışığı əlavə edin, bir çay qaşığı limon duzunu da əlavə edib rənginin dəyişməsi üçün 5 dəqiqə gözləyin. Tez-tez qarışdırın ki, limon duzu və şəkər tozu yaxşıca ərisin. Hazırladığınız qarışığı süzün. Limonat hazırdır.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Asan hazırlanan limonad RESEPTİ - İftara özəl - Oxumaq üçün tıklayın



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)