Göbələk dolmasının hazırlanması

Dolma sevənlər, bu dəfə göbələk dolması hazırlamağa nə deyirsiniz?

Metbuat.az göbələk dolmasının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

500 qr göbələk

1 yemək qaşığı kərə yağı

200 qr qiymə

Sürtgəcdən keçirilmiş holland pendiri

Qara istiot, pul istiot, adi cirə, kəklikotu

Hazırlanması:

Göbələklərin içərisini təmizləyib kərə yağı qoyun. Bir qabda qiymə və ədviyyatları qarışdırıb top halına gətirin.  Qarışığı göbələklərin içinə qoyun. Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada bişirin. Daha sonra holland pendirini üstünə səpib yenidən sobaya qoyun.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Sərinləmək istəyənlər, bu içkidən için - Portağallı soyuq çay / VİDEO -Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)