Hazırlanması asan rəngli kartof topları

Havalar isindikcə yağlı yeməklərdən uzaq durmaq lazımdır. Kartofla hazırlayacağınız bu xəfif qəlyanaltı isti yay günlərində seçiminiz ola bilər.

Metbuat.az kartof toplarının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

6 ədəd kartof

1 qaşıq kərə yağı

1 stəkan sürtgəcdən keçirilmiş kaşar pendiri

Yarım stəkan zeytun yağı

Duz, qara istiot

Limon

Üzəri üçün:

Pul bibər

Çörək otu

Susam

Cəfəri

Yerkökü

Hazırlanması :

Qaynadılmış kartofu süzüb əzin. Düz, qara istiot, limon, zeytun yağı, kərə yağı və kaşar pendiri əlavə edib qarışdırın. Yerkökünü sürtgəcdən keçirin, cəfərini incə-incə doğrayın. Üzərini bəzəyəcəyiniz məhsulların hər birini fərqli qablara yığın. Kartof püresindən qoz böyüklüyündə parçalar götürün, qablara ayırdığınız məhsullarla üzərini bəzəyin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Şuşa mətbəxindən kələm dolması resepti -İFTARA ÖZƏL - Oxumaq üçün tıklayın


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)