"Mimoza" salatının hazırlanma qaydası

"Mimoza” isti havalarda hazırlayacağınız ən yüngül salatlardan biridir.

Metbuat.az xəbər verir ki, Rusiya mətbəxinə aid salatı uşaqdan böyüyə hamı sevir. Salatın hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

2 ədəd kartof

450 qram toyuğun döş əti

2 ədəd kök

2 ədəd yumurta

Yarım ədəd kiçik soğan

Duz, mayonez

Salatı hazırlamaq üçün ərzaqlar lay-lay düzülür. İlk olaraq qaynadılmış kartof sürtgəcin iri gözündən keçirilir və üzərinə duz, mayonez vurulur. Eyni qaydada qaynadılmış kök, yumurtanın ağları əlavə edilir və duz, mayonez vurulur. Baş soğan təmizlənir, uzun formada doğranılır, yumurtanın üstünə əlavə edilir. Didilmiş toyuq ətini soğanın üzərinə əlavə edib mayonez vurulur. Eyni qayda ilə yerdə qalan kök və kartof sürtgəcdən keçirilir, aralarına duz, mayonez vurulur. Ən üst qata kartof vurulur və salatın bütün ətrafı mayonezlənir. Salatın üstünə sürtgəcdən keçirilmiş holland pendiri vurulur.

Nuş olsun!

Pəhrizdə olanlar üçün toyuq yeməyi - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)