Çıtır toyuq budu yeməyə nə deyirsiniz?

Dadından doymayacağınız, ağzınızda çıtır-çıtır olacaq toyuq budu yeməyə nə deyirsiniz?

Metbuat.az xüsusi reseptlə toyuq budunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

8-10 ədəd toyuq budu

2 ədəd yumurta

Duz, qara istiot, pul bibər

1 stəkan un

Yarım stəkan qaleta unu

1 stəkan su (yumurtanı çırpmaq üçün)

Hazırlanması:

Qabı su ilə doldurun və qaynadın. Suya duz töküb toyuqları əlavə edin. Digər tərəfdə iki yumurtanı çırpıb su əlavə edin və qarışdırın. Ayrı qabın içərisinə un, qaleta unu, duz, qara istiot və pul bibər əlavə edin. Toyuqlar qaynadıqdan sonra streç kağıza büküb yarım saat saxlayın. Daha sonra toyuğu öncə yumurtaya, sonra unlu qarışığa vurub qızğın yağda qızardın. Toyuqları isti halda servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Ən dadlı pitsa, cəmi 15 dəqiqə... - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)