Axşama mərcimək küftəsi hazırlayın

Axşama nə bişirəcəyinizə qərar verməmisinizsə, bu resept köməyinizə çatacaq.

Metbuat.az bu dəfə tam fərqli reseptlə mərcimək küftəsinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 stəkan yarım qırmızı mərcimək

3 stəkan isti su

1 stəkan yarım bulqur

2 ədəd quru soğan

1 armudu stəkan zeytun yağı

1 yemək qaşığı bibər tomatı

5 ədəd təzə soğan

½ budaq cəfəri

1 çay qaşığı duz

1 yemək qaşığı pul bibər

1 çay qaşığı adi cirə

Hazırlanması:

Bol suda yuduğunuz qırmızı mərciməyi isti suda qaynadın. Suyunu çəkməyə yaxın bulquru da əlavə edin və mərciməyi ocaqdan alın.

Qapağını bağladığınız qabda bulquru şişməsi üçün mərciməklə birlikdə 15 dəqiqə saxlayın. Quru soğanları kub şəklində doğrayın. Zeytun yağını tavada qızdırın. Doğradığınız soğanları 5 dəqiqə qovurun. Növbə ilə bibər tomatı, pomidor tomatı, duz, istiot və adi cirə əlavə edin və qarışığı 3-4 dəqiqə qovurun. Təzə soğanları və cəfərini xırda-xırda doğrayın. Şişən bulquru və mərciməkli qarşığa soğanlı, tomatlı qarışığı əlavə edin. Doğradığınız göyərtini də əlavə edin. Bütün inqrediyentləri yoğurun. Hazırladığınız qarışıqdan qoz böyüklüyündə parçalar alın və ovuc içində sıxaraq şəkil verin. İstədiyiniz dizayn verməklə servis edə bilərsiniz.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

Çayı albalı keksi ilə için - Çox dadlıdır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)