"Saciçi"nin hazırlanması

Azərbaycan mətbəxinin milli yeməklərindən biri də sac yeməkləridir.

Metbuat.az xəbər verir ki, yemək bişirmək üçün əsasən diametri 33 sm olan saclardan istifadə edilir. Sac içində hazırlanmış yeməklər "Saciçi" adlanır. Ət, toyuq, balıq və bu kimi bütün ərzaq növlərinin sac içində bişirilməsi mümkündür. Bu dəfə sizə quzu ətindən “saciçi”nin hazırlanma qaydasını təqdim edirik:

Ərzaqlar:

250 qr qoyun əti

2 ədəd baş soğan

50 qr quyruq yağı

1 ədəd şirin bibər

2 ədəd badımcan

2 ədəd kartof

30 qr nar dənələri

Üyüdülmüş qara istiot, duz

Nazik lavaş

Hazırlanması:

Qoyun əti yuyulur, doğranılır. Soğan yarımhalqa formada doğranmalıdır.

Dərin tavada və ya qazanda quyruq yağı əridilir, daha sonra ət qoyulur və 5-7 dəqiqə güclü odda bişirilir. Ardınca soğan əlavə edilir, duz-istiot vurulur. 20 dəqiqə qızartdıqdan sonra nar dənələri əlavə edilir.

Kartof və badımcanlar təmizlənir, iri doğranılır. Bibərlər yuyulub 8 hissəyə bölünür. Pomidorlar isə dairəvi şəkildə doğranılır.

Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı-ayrılıqda kartof, badımcanlar, bibər və pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 yerə bölünməli və sacın üzərinə qoyulmalıdır.

Nuş olsun!

Çıtır toyuq budu yeməyə nə deyirsiniz? - RESEPT - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)