Səmizotulu soyuq yay şorbası

İsti havalarda bişirdiyimiz yeməklərə də diqqət etməliyik. Belə ki, çox yağlı, duzlu yeməklər arzuolunan deyil.

Metbuat.az yay günlərində içinizi sərinlədəcək dadlı səmizotu şorbasının hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 stəkan süzmə

2 diş sarımsaq

2 lt su

1 dəstə səmizotu

1 qaynadılmış qreçka

Duz

Üzəri üçün:

Zeytun yağı

Qırmızı pul bibər

Hazırlanması:

Süzməni geniş bir qaba alın. Əzdiyiniz sarımsaq, duz və suyu əlavə edib qarışdırın. Xırda doğradığınız səmizotu və qreçkanı da əlavə edin. Yaxşıca qarışdırın. Üzərinə zeytun yağı gəzdirib qırmızı pul bibər səpin. Soyuq halda servis edin.

Nuş olsun!

Aysel Yaqubqızı / Metbuat.az

İFTARA ÖZƏL: Gəncə dovğasının hazırlanması - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)