"Rusiya istehsalı olan yeni model avtomobillər alın"

Artıq 3 ildən çox müddətdir ki, Azərbaycanda "Avro-4" ekoloji normaları tətbiq olunur.

Metbuat.az xəbər verir ki, idxal olunacaq maşınlar üçün ölkələr üzrə illər də təsnif olunub. Belə ki, ölkəyə 2004-cü ildən əvvəl istehsal olunan maşın daxil ola bilməz. ABŞ 2004, Almaniya 2005, Koreya 2006, Türkiyə 2009, Yaponiya və Çindən olan maşınların istehsal tarixi ən uzağı 2011-ci il olmalıdır.

Maraqlısı isə siyahıda Rusiyanın adının olmamasıdır. Hansı ki, hazırda ölkədə Rusiya istehsalı olan maşınların sayı çoxluq təşkil edir.  

Son aylar baş verən avtoqəzaların əksəriyyəti də məhz sovet istehsalı olan maşınların iştirakı ilə törədilir.

"Xüsusilə yay mövsümündə həmin avtomobillərlə hərəkət etmək çox çətin olur".

Bunu Metbuat.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

“Əgər söhbət sovet istehsalından gedirsə, təbii ki, istismar müddəti başa çatmış, 10-15 ilin nəqliyyat vasitələrindən danışmalıyıq. Yəni, "Vaz 2107", "Vaz 2106", "Qaz 24", "Vaz 21011", "Vaz 2103", "Vaz 2102" və s.markalı avtomobillər. Təbii ki, bu avtomobillərdə hazırki dövrün tələblərinə uyğun texniki vasitələr nəzərdə tutulmadığından, onların yol hərəkətini istismarı ilə bağlı problemlər yaşayırıq. Bu tip avtomobillər bəzən yolun hərəkət hissəsində xarab olur ki, bu da həmin ərazidən keçən digər avtomobillərin hərəkət intensivliyinə mane olur. Bu tip avtomobillərin yolun hərəkət hissəsindən kənarlaşdırması çox asandır. Bir və ya iki nəfərin köməyi ilə sadə üsulla avtomobili itələyib yolun hərəkət hissəsindən kənarlaşdırmaq mümkündür. Həmin avtomobillərin istismarı zamanı soyuducu sisteminin olmaması, təhlükəsizliyin təmin edilməsi ilə bağlı problemlər özünü göstərir. Bu istiqamətdə müxtəlif tədbirlər həyata keçiririk. Həmin avtomobillərin texniki baxışdan keçərkən nasazlıq halları aşkarlanarsa, onların təmir edilməsini tələb edirik. Çalışmaq lazımdır ki, Rusiyanın yeni model avtomobilləri əldə edilsin. Həmin tip avtomobillərdə komfort və zamanın tələblərinə uyğun texniki vasitələr nəzərdə tutulub”.

DƏHŞƏT: Bu görüntülər az öncə Parisdən gəldi - VİDEO / YENİLƏNİR-Oxumaq və baxmaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR