Cəngəlliklərdə dolaşan nağılbaz - Redyard Kiplinq

İngilis yazıçısı, şairi, novellaçısı Redyard Kiplinq 1865-ci il dekabrın 30-da Hindistanın Bombey şəhərində anadan olub.

Rəsmiyyətpərəst “Dumanlı Albion” (İngiltərə) ilə müqayisədə Bombeyin isti və parlaq rəngləri sehrli nağıla bənzəyirdi. Valideynləri Alisa və Lokvud Kiplinqlər İngiltərədəki Redyard gölünün yanında tanış olduqlarına görə ilk görüş yerinin şərəfinə onu Redyard adlandırmışdılar.

Ekzotik mənzərələr və səslər ilə bol olan Hindistanda uşaqlıq illəri gələcək yazıçının ən xoşbəxt illəri olub. Amma 5 yaşı tamam olanda bacısı ilə birlikdə təhsil almaq üçün İngiltərəyə yola düşür. Altı il şəxsi pansionda yaşayır. Pansionun sahibəsi madam Roza onunla pis rəftar edir, tez-tez cəzalandırır. Madam Rozanın belə münasibəti Redyarda o qədər pis təsir edir ki, ömrünün sonunadək yuxusuzluqdan əziyyət çəkir.

On iki yaşında valideynləri onu Devon məktəbinə verirlər. O vaxtlar bu məktəb nüfuzlu hərbi akademiyaya daxil olmaq üçün tramplin rolu oynayırdı. Sonralar bu məktəbdə keçirdiyi illər barədə “Stalki və Kº” avtobioqrafik əsərini yazır. Məktəbin direktoru Kormel Prays atasının dostu idi. Redyardda ədəbiyyata marağı məhz bu adam oyadıb. Redyardın məktəbdə yazdığı hekayələrdən təsirlənən atası ona Lahor şəhərində (indiki Pakistan) çıxan “Civil and Military Gazette” (“Mülki və hərbi qəzet”) nəşrində jurnalist işi tapır. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR