Şaftalı kompotunun hazırlanması

Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az mövsümün ən ləzzətli meyvələrindən şaftalı kompotunun hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

250 qr- Şaftalı

120 qr- Şəkər tozu

20 qr- Şərab

0,8 qr- Limon turşusu

4 stəkan – Su

Hazırlanması:

Şaftalı meyvələri yuyulub, toxumu təmizlənir. Şəkər tozu suda həll olunub meyvələr əlavə edilir. 6-8 dəqiqəyə qədər bişirilir.

Kompotu ətirləndirmək üçün ona limon və ya portağal qabığı, yaxud darçın əlavə etmək lazımdır. Soyuduqdan sonra üzüm şərabı qatıb, qablara tökür və soyuq yerdə saxlayırlar.

Şaftalı sortlarından kompot hazırladıqda, meyvə qaynayan suya tökülüb, dərhal götürülür və soyuyana qədər qapağı örtük halda saxlanılır. Bu zaman kompotun suyu şəffaf, meyvələr isə bütöv olur.

Yaşıl pomidor turşusunun hazırlanması - Qışa tədarük - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)