Zoğal mürəbbəsinin hazırlanması

Xanımların qışa hazırlığı davam edir.

Metbuat.az bu dəfə zoğal mürəbbəsinin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

1 kq zoğal

1,2 kq şəkər tozu

Su

Hazırlanmasına gəldikdə, zoğaldan bütöv və ya toxumu çıxararaq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su tökülüb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə ikinci bişirmədən əvvəl tökülür.

Birinci dəfə bişirmədən sonra 3-5 saat gözləyib ikinci dəfə bişirilir.

Qeyd edək ki, bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və arada 10–15 dəqiqə soyutmaq şərti ilə 4-5 dəfəyə bişirilir.

Acı bibər turşusunun hazırlanması - Qışa tədarük - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)