Haradan başlasam, iflas!
Media:
Saytların top onluğunda - “sarı xəbər”lər…
Feysbukda ən çox paylaşılan videolar – bozbaş, mırtlaşmaq, bayağı mahnılar…
Yutubda trenddə olan videolar - “layt” mövzular.
Elvin Mirzəzadənin “mahnı”sına 5 milyon baxış…
Televiziyalarda üç gün matəmin ardından toy-bayram.
Maarifləndirici verilişlər yoxdur və olmamağı başa düşüləndir. Axı, baxan yoxdur. Sponsor pul vermir…
Toylar:
Maşın almaq üçün oğluna sünnət toyu etmək…
Üzündən qaramat yağa-yağa oynamaq.
Qonşudan dala qalmamaq üçün masanın üstünə quş südünə qədər qoyub, toydan bir il sonra borc qaytarmaq…
Gəlinin cehiz, bəyin ev dərdi…
Toydan qabaq əlöptü, nişan, qız gördü, xınayaxdı, nə bilim, tullandı - düşdü və s. lazımsız adətlər...
İnsanlar:
Üzünə gülüb, 5 metr aralaşan kimi qeybətini etmək.
Yüz yaxşılıq edib, bir dəfə edə bilməyəndə (vaxtın, imkanın olmayanda) pis adam kimi ifşa olunmaq.
Keçiddən keçməmək…
Avtobusun, metronun qapısının ağzına yığışmaq. “Arxa tərəf getmir”
…Və onlarla, yüzlərlə buna oxşar çatışmazlıqlar.
Problemin ən böyük səbəbi isə - TƏHSİLSİZLİKDİR.
Bizim yaxşı toylarımız da var, yaxşı xəbər oxuyanlarımız da var, yaxşı verilişlərə baxanlarımız da var. Amma təəssüf ki, azdır.
İnsanların informasiyanı qəbul etmək bacarığı onların təhsil səviyyəsindən asılıdır. Adam oxuduğu cümləni beynində emal edə bilmirsə, niyə oxusun ki?..
İzlədiyi maarifləndirici videolardakı bir çox sözləri təzə eşidibsə, niyə yorulub bağlamasın ki?..
"Niyə"lər çoxdur. Ən böyük “NİYƏ” isə təhsildir.
Niyə bizdə təhsil səviyyəsi bu qədər aşağıdır?..
Statistikanı demirəm haa, reallığı deyirəm!
Bütün bunlara baxmayaraq, Azərbaycan CANDIR. Vətəndir…
Bahadur Seyidov