"Siz min manat qazandınız!"

"Salam, siz min manat qazandınız. Təsdiq etmək üçün 1 düyməsini seçin”, yaxud “Təbriklər, sizin nömrəniz pulsuz abunəlik qazandı. Qəbul etmək üçün kodu SMS-lə göndərin”...

Yeqin, bu tipli SMS və zənglər sizin də telefonunuza gəlib.

Son dövrlər mobil operator şirkətləri istifadəçilərinin telefonuna bu tipli SMS göndərməklə, onları hansısa tarifə üzv edir, bir müddətdən sonra isə balanslarından pul çıxmağa başlayırlar. İstifadəçi problemlə bağlı müraciət edən zaman bundan xəbərsiz olduqlarını bildirirlər.

Bu məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən İKT Mərkəzinin direktoru Fərid Kazımov bildirir ki, şirkətlər faktiki olaraq insanları bu üsulla aldadırlar:

“Hazırda Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlər insanların texnoloji savadsızlığından istifadə edərək, “kompaniya” və “servislər” adı ilə vətəndaşlara böyük məbləğdə zərər vururlar. Ümumiyyətlə, hər hansı bir servisə qoşulan zaman istifadəçidən soruşulmalıdır. Bu, əvvəlcə sorğu formasında olmalıdır. Amma təəssüflər olsun ki, həmin o kontent şirkətlər birbaşa olaraq istehlakçını servisə qoşurlar. Bu proses Azərbaycan qanunvericiliyinin birbaşa pozulması deməkdir. Mobil telefondan istifadə edənlərin əksəriyyəti uşaq və yaşlılardır. Onların bu istiqamətdə bilikləri olmadığı üçün istəmədən “kompaniyalar”a qoşulur, sonradan özlərinə böyük məbləğdə zərər vururlar. Bu məsələ dəfələrlə mətbuatda qaldırılıb. Hətta bəzi aldanmış istehlakçılar mətbuat vasitəsilə həmin şirkətlərə qarşı mübarizə də aparmağa çalışıb. Lakin şirkətlər maliyyə imkanlarından istifadə edərək özlərini qoruya biliblər. Azərbacanın hüquq mühafizə orqanları, istehlakçıların müdafiəsi ilə məşğul olan qurumlar bu problemi qaldırmalıdırlar”.

"İphone" istifadəçiləri bunu bilmir - Telefonunuz daha tez şarj olur - OXUMAQ ÜÇÜN TIKLAYIN!

Xəyalə Məmmədova / METBUAT.AZ 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR