Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənni daha iki xarici ölkə universitetində tədris olunacaq.

BBMM-in mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakültəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.

İkinci universitet isə Yaponiyanın Hokkaydo Universitetidir. “Azərbaycan multikulturalizmi” fənnini Hokkaydo Universitetinin nəzdində fəaliyyət göstərən Slavyan Avrasiya Tədqiqatları Mərkəzində konfliktologiya elmləri üzrə fəlsəfə doktoru Əlibəy Məmmədovun tədris edəcəyi planlaşdırılır.

Qeyd edək ki, hazırda layihə çərçivəsində respublikamızın 42, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Hazırda Hindistan, Cənubi Koreya, Serbiya, Fransa və Rumıniya Universitetləri ilə gələcəkdə tədrisin təşkili ilə bağlı danışıqlar aparılır.

Günay Elşadqızı \ METBUAT.AZ

Lütfi Zadənin nəşinin Azərbaycana gətirilmə vaxtı bilindi - ÖZƏL - OXUMAQ ÜÇÜN TIKLA