Müğənni Zöhrə Abdullayeva ilə teleaparıcı Zaur Kamal arasında "5/5" verilişində maraqlı dialoq olub.

Metbuat.az xəbər verir ki, Z.Abdullayeva ona “Sənin qatarın gedib” iradını bildirənlərə sərt reaksiya verib. O, kitab yazdığını, bütün müğənnilərin nə iş gördüklərini orada qeyd etdiyini söyləyib:

“Mənim haqqımda Zeynəb Xanlarova, Canəli Əkbərov, Arif Babayev, Əlibaba müəllim söz desə, yeri var. Yoxsa ki, restorandan səhnəyə gələn, ordan da özü bilir hara gedən mənim haqqımda söz danışa bilməz. Bunların hamısını kitabımda yazmışam. Elin fədaisi olum, elin qadasın alım, el gözü tərəzidir. Kimin kim olduğunu əla bilir".

Verilişdə aparıcının Z.Abdullayevaya həsr etdiyi məzəli şeir də səsləndirilib.

Həmin maraqlı anları təqdim edirik:

Rəqsanə yeni mahnısının anonsunu verdi - FOTO - Oxumaq üçün tıkla