Bakı. 8 oktyabr. REPORT.AZ/ Almaniya və Azərbaycan yığmaları arasında keçiriləcək futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün start heyətlər açıqlanıb.
"Report"un məlumatına görə, Bakı vaxtı ilə saat 22:45-də başlanacaq görüşə komandalar bu heyətlə çıxacaqlar:
Almaniya: 12. Bernd Leno, 2. Şkodran Mustafi, 6. Niklas Süle, 9. Sandro Vaqner, 10. Lars Stindl, 13. Tomas Müller (kap.), 14. Emre Can, 18. Coşua Kimmix, 19. Leon Qoretska, 20. Yulian Brandt, 23. Leroy Sane
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Maqomed Mirzabekov, 6. Bədavi Hüseynov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 16. Cavid Hüseynov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev (kap.), 20. Riçard Almeyda, 22. Əfran İsmayılov.