​“Bitcoin” sürətlə bahalaşır

Son 10 ildə dünyanın onlayn valyuta bazarında peyda olan “Bitcoin”inin qiyməti fantastik şəkildə yüksəlir.

Metbuat.az bildirir ki, çoxları bunun "oyun" olduğunu desələr də, görünən tərəf odur ki, “Bitcoin” dünya bazarında öz yerini tutur. Artıq bir çox dövlət “Bitcoin”lə bağlı mühüm qərarlar qəbul edirlər.

Ekspertlərin ilin sonuna yaxın “Bitcoin”nin bahalaşacağı ilə bağlı dedikləri proqnozlar özünü doğrultmağa başlayıb. Bu gün təxminən bir saat ərzində “Bitcoin”nin qiyməti 100 dollar bahalaşıb. Hazırda 1 “Bitcoin” onlayn birjalarda (Bakı vaxtı ilə saat 12:30 üçün) 5 min 161 dollara satılır.

Məsələ ilə bağlı daha ətraflı yazını tezliklə saytımızdan izləyə bilərsiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR