Baş ağrısı insanı narahat edən sağlamlıq problemidir. Ağır iş rejimi, stress, yorğunluq və s. səbəblərdən ağrılar daha da şiddətlənə bilər.

Metbuat.az xəbər verir ki, bu üsulları tətbiq etməklə problemdən xilas olmaq mümkündür.

Əvvəlcə rahat bir stulda əyləşin. Otaqdakı işığı azaldın, çünki güclü işıq baş ağrısını artıra bilər. Qulaqlarınızın üstü və ətrafı ilə masaja başlayın. Əllərinizi başınızın iki yanına yerləşdirin, barmaqlarınızın yumşaq hissəsini istifadə edərək yavaşca basın və təxminən 2-3 sm bir sahədə irəli-geri hərəkət etdirin. Barmaqlarınızı dərinizdə sürüşdürərək, baş dərinizi hərəkət etdirin. Daha sonra barmaqlarınızı gicgahlarınızın üstünə gətirib yavaşca basaraq, kiçik dairələrlə hərəkət edin. Bu üsulu boynunuzda təkrarlayın. Kəllə sümüyünün bitdiyi hissəyə diqqət edin. Bütün baş dərinizə çatana qədər bu şəkildə masaj etməyə davam edin.

Aysel Yaqubqızı / Metbuat.az

Saç rənglərində böyük təhlükə - Xərçəng yaradır