Oqtay Əsədov: “Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi...”

Oqtay Əsədov: “Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi...”
12:58 20 Oktyabr 2017
28 Digər
Ölkə mətbuatı
A- A+

“Əgər Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq. Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq”.

Publika.az-ın xəbərinə görə, bunu deputat Tahir Kərimli bildirib.

O, xatırladıb ki, vaxtı ilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib:

“Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ problemi məsələsində Azərbaycana dəstək olacaq. Ancaq uzun illərdir ki, bu müşahidə edilmir. Əvəzində Avropa Şurası xristian təəssübkeşliyindən çıxış edir. Biz şərq ölkəsiyik və qiyafəmiz Avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz Avropa yox asiyalıyıq. Heç kimin diktəsi ilə yaşamamalıyıq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab verərək deyib ki, əgər Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi, Azərbaycana qarşı belə çıxışlar olmazdı: "Söhbətin kökükündə erməni diasporu və Azərbaycana qarşı qərəz durur".

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/217704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR