Milli Məclisin komissiyasının tərkibi dəyişdirilir

Milli Məclisin komissiyasının tərkibi dəyişdirilir
13:37 6 Aprel 2015
48 Sosial
Ölkə mətbuatı
A- A+

Milli Məclisin Toponimiya komissiyasının tərkibinə dəyişiklik edilir
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ aprelin 14-də keçiriləcək növbəti plenar iclasın gündəliyinə daxil edilib.

Milli Məclisin qərarına əsasən, Budaq Budaqov və Həsən Mirzəyev vəfatları ilə əlaqədar Toponimiya komissiyasının tərkibindən çıxmış hesab ediliblər.

Bundan əlavə, Əhəd Abıyev, Əli Qasımov və Fəridə Məmmədova Toponimiya komissiyasının üzvlüyündən azad ediliblər.

Fəttah Heydərov və Ramiz Məmmədov Toponimiya komissiyasının üzvləri təyin ediliblər.

Milli Məclisin bu qərarı aprelin 14-də plenar iclasda səsə qoyulacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR