2017-ci ildə turistlər üçün ən cəlbedici şəhərlərin adları açıqlanıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, 2017-ci ilin turistlər üçün ən cəlbedici şəhər Honq Konq seçilib.
2017-ci ildə şəhəri 25,7 milyon turist ziyarət edib. İkinci yerdə Banqkok (23,3 milyon), üçüncü yerdə isə London qərarlaşıb (19,8 milyon).
Sinqapur, Makao, Dubay, Nyu-York, Şençjen və Kuala-Lumpur şəhərləri ilk onluğa daxil edilib.
Milli.Az