Fəzail Ağamalının yeni təklifi var

Fəzail Ağamalının yeni təklifi var
13:32 7 Aprel 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycana qarşı aparılan qara piar və qarayaxma kampaniyasının arxasında dayanan erməni diasporudur".

Bunu Milli.Az-a millət vəkili Fəzail Ağamalı bildirib. Onun sözlərinə görə, son bir neçə aydır ki, ölkəmizə qarşı qarayaxma kampaniyasına start verilib. Kampaniyanı aparmaq üçün ölkəmizə qarşı koalisiya yaradılıb.

Koalisiyada əsas yer alan erməni diasporunun maliyyəsi ilə çalışan erməni lobbisidir. Bura müxtəlif ölkələrin siyasətçiləri, məmurları, QHT nümayəndələri daxildir. Təəssüflər olsun ki, Azərbaycandakı anti-milli qüvvələr bu işdə öz "töhfələrini" verirlər.

""Eurovision" mahnı müsabiqəsi zamanı da ölkəmizə qarşı "qara piar" kampaniyası geniş vüsət almışdı. Azərbaycana qarşı şər-böhtan və qarayaxmalar yarış ərəfəsində və yarışın keçirildiyi dövrdə həm QHT-lər səviyyəsində, həm də ayrı-ayrı KİV-lər səviyyəsinə həyata keçirilirdi. Xaricdə dərc olunan anti-Azərbaycan məqalələr yerli KİV-lər vasitəsi ilə də ölkəmizə daşınırdı. Bu gün də həmin ssenari davam edir. Azərbaycan ciddi uğura əl atdıqca, beynəlxalq nüfuzu gücləndikcə, ölkəmizin beynəlxalq və regional səviyyədə mövqeyi artdıqca, çox ciddi əhəmiyyət daşıyan layihələr reallaşdırıldıqca bu anti-Azərbaycan koalisiyası fəaliyyətini genişləndirir və beynəlxalq ictimai rəydə ölkəmizi nüfuzdan salmağa çalışır", - o əlavə edib.

Millət vəkili təəssüf hissi ilə bildirib ki, bu cür qarayaxmalar bir sıra hallarda öz təsirini göstərir. Azərbaycanla bağlılığı olmayan, ölkəmiz haqqında geniş informasiyaya malik olmayan insanlar anti-Azərbaycan qüvvələrin hesabatlarında, yazılarında, İnternet saytlarında, portallarında gedən məlumatlara inanırlar.

F.Ağamalı hesab edir ki, anti-Azərbaycan qüvvələrinin fəaliyyətini ifşa edən və faktlara söykənən yazılar müxtəlif dillərdə dərc edilməlidir.

Teymur Hacıyev
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/333238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR