Amerikanı müsəlman səyyah kəşf edib

İngilis yazıçı Gavin Menziesin fikrincə, çinli müsəlman səyyah Zheng He 1421-1423-cü illərdə Avstraliya, Yeni Zelandiya, Amerika və Antraktidanı kəşf edib.

Yazıçı iddia edir ki, müsəlman səyyah Magellandan öncə dünyanı dolaşıb və Amerikanı kəşf edib. Qərb mənbələri isə iddiaları yalanlanlayıb. Onların fikrincə, müsəlman bir səyyah böyük bir səfərə çıxa bilməz.

Zheng He kim olub?

Zheng He Çin ordusuna xidmət etmək üçün uşaq yaşlarında saraya gətirilən azyaşlılardan biri olub. Lakin ağılı ilə digər əsgərlərdən seçildiyi üçün İmperator onu Çin ordusunun başına gətirib. Həmin illərdə Çinin gücünü dünyaya sərgiləmək üçün İmperator Hind okeanında 317 gəmidən ibarət donanma yaradıb, səfərə göndərmək üçün ən sadiq hərbçisi - Zheng Heni donanmanın başına keçirib. İddialara görə, İkinci Dünya müharibəsinə qədər Çinin dəniz donanması kimi güclü donanma olmayıb.

Ümumilikdə, 27870 əsgərin olduğu gəmilər dünyanı dolaşacaq gücə malik olub. Rəsmi tarixə əsasən, bu donanma sayəsində Hind okeanı dəniz quldurlarından təmizlənib. Donanmanın səyahət etdiyi bütün sahillər, ABŞ-ın indiki Kaliforniya sahillərindən tutmuş, Avstraliyaya kimi ərazilər sözügedən xəritədə qeyd edilib. İddiaya görə, Avstraliyanı kəşf edən James Cookda Zheng Henin xəritəsi olub. Eyni xəritədən Malgellan da istifadə edib.

İddiaları 1428-ci ilə aid Çin xəritələri sübut edir. Həmçinin, Asiyada olan və kəşf edildiyi zaman Amerikada da rastlanılan Asiya toyuğu, qarğıdalı, kartof, hind qozu da iddiaların qaynaqlarından hesab edilir. Eyni zamanda, aparılan araşdırmalara görə, hindu və çinlilər arasında DNT oxşarlığı var. Kaliforniya və Los-Angelesdə çinlilərə aid skelet və Çin gəmilərinə aid qalıqların tapılması iddiaları təsdiqləyir.

Qərblilər bu iddiaları XVII əsrdə Amerikadakı çinlilərin güclü ilə əlaqələndirsə də, bu gün aparılan araşdırmalar Amerika qitəsini Zheng Henin kəşf etdiyini sübut edir. Hətta bu gün ABŞ-ın Konqres kitabxanasında Xubilay Xanın (Monqol İmperiyasının beşinci xaqanı: 1260-1294) dövrünə aid Amerika qitəsini göstərən bir xəritə var. Zheng Henin bu xəritə əsasında Amerika qitəsini kəşf etdiyi deyilir. Bu da göstərir ki, reallıq nə qədər gizlədilsə də, tarix yolu ilə gün üzünə çıxır.

Xəyalə Məmmədova / METBUAT.AZ

Əsgərlərinə soğan yedirdən sərkərdə - Dünyanı işğal etdi – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR