Trampın qərarına qarşı dünyada etiraz dalğası

ABŞ prezidenti Donald Trampın Qüds qərarından sonra yaranan gərginlik Yaxın Şərqdə gərginliyə səbəb olub.

Metbuat.az-ın məlumatına görə, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Məlumatda bildirilir ki, İsrail əsgərləri cümə namazından sonra etiraz etməyə başlayan fələstinlilərə qarşı bibər qazı və plastik güllələrdən istifadə edib. Çoxlu sayda fələstinlinin yaralandığı deyilir.

Nümayişlər Fələstinin bütün şəhərlərində keçirilir - Ramallah, Nablus, Tulkerm, Kalkiliyye, Cenin, Beytullahim, Selfit ve Əl-Xalil. Küçələrdə təkər yandıran nümayişçilər, əsgərlərə daş atmaqla qarşılıq verirlər. Bir çox televiziya kanalı qarşıdurmanı canlı yayımlayır. Fələstinlilər bu günü “Qəzəb cüməsi” adlandırıb. İsrail ordusu isə İordan çayının qərb sahilinə əsgər toplayır. Həmin bölgədəki Nablus şəhərində bir qrup nümayişçi ilə İsrail əsgərləri arasında cümə namazından əvvəl qarşıdurma yaşanıb.

Ötən gün baş verən qarşıdurmalar zamanı ən azı 100 nümayişçi yaralanıb.

Türkiyənin də demək ki, olar bütün şəhərlərində Qüdslə bağlı nümayişlər davam edir. İstanbuldakı tarixi Fatih məscidində cümə namazından sonra nümayiş keçirən etirazçılar, İsrail və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

İranın rəsmi televiziya kanalında ölkənin bir çox şəhərlərində keçirilən etiraz aksiyaları yayımlanıb. Etirazçılar, “Amerikaya ölüm, İsrailə ölüm, Qüds müsəlmanlara aiddir” şüarlarını səsləndirib.

İraqın cənub-şərqində yer alan Basra şəhərində də etiraz aksiyası keçirilib.

Hindistanın bir çox şəhərlərində küçələrə çıxan qəzəbli nümayişçilər Donald Trampın maketini və İsrail bayraqlarını yandırıblar. Onlar əllərində, “Axmaq Trampın qərarını qınayırıq” yazılan pankartlar tutublar.

Pakistanın Lahor şəhərindəki nümayişçilər böyük pankartın arxasınca gediblər. Birləşmiş Millətlər Təşkilatına da etiraz edən kütlənin əllərindəki pankartda, “Qüds, Fələstinin paytaxtıdır” yazılıb.

Əfqanıstanın Məzari Şərif şəhərində də yüzlərlə nümayişçi etiraz aksiyası keçirib. Aksiyada etirazçılar İsraili və ABŞ-ı pisləyən və “Yaşasın Ərdoğan” şüarlarını səsləndiriblər.

Fələstinlilərlə həmrəy olan malayziyalılar, Kuala Lumpurdakı ABŞ səfirliyinin qarşısında toplaşıblar. Əllərində Fələstin bayraqlarını tutan nümayişçilər Tramp və İsrailə qarşı şüarlar səsləndiriblər.

İndoneziyanın paytaxtı Cakartada da ABŞ səfirliyinin qarşısında nümayişlər keçirilib.

Qeyd edək ki, ABŞ prezident Donald Tramp dekabrın 6-da seçki öncəsi platformasında verdiyi sözə görə, Qüdsü İsrailin paytaxtı elan edib və ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürüləcəyini qeyd edib.

Günay Elşadqızı / METBUAT.AZ

“ABŞ-ın Türkiyə ilə münasibətləri pozula bilər” - Senatordan xəbərdarlıq


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR