Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub.

Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, hadisə nəticəsində yaxınlıqda yaşayan 17 yaşlı Gövhər Nəcəfovanın səhhəti pisləşib. Hadisə yerinə təcili-tibbi yardım çağırılıb, ona tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Mənzildə köməksiz qalan 4 nəfər xilas edildi - Qaradağda - Oxumaq üçün tıkla