Beşmərtəbəli binada yanğın - 1 sakin xilas olundu, 10-u təxliyə edildi

Beşmərtəbəli binada yanğın    - 1 sakin xilas olundu, 10-u təxliyə edildi
00:34 11 Dekabr 2017
122 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə yanğın hadisəsi baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/289835

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR