ABŞ-ın şimal-şərq əyalətləri sərt soyuqların əsirinə çevrilib.
Metbuat.az-ın məlumatına görə, Pensilvaniya və Minnesota ştatlarında temperatur mənfi 33 dərcəyə enib, qarın hündürlüyü bir metri ötüb. Bəzi qəsəbələrdə nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayanıb. Fəsadların aradan qaldırılması üçün bölgəyə çoxlu sayda xilasedici və texnika cəlb olunub.
Sakinlərə vacib olmadıqca evlərindən çıxmamaq tövsiyyə edilib. Qeyr-sabit hava şəraitinin hələ bir neçə gün davam edəcəyi proqnozlaşdırılır.
Sübhan / METBUAT.az