İkinci Dünya Müharibəsi barədə həqiqətləri əks etdirməyən 10 maraqlı film açıqlanıb. Publika.az xəbər verir ki, siyahını PublicPost hazırlayıb.
Böyük gəzinti
1966-cı ildə çəkilmiş komediyada Jerar Uri Lui de Füneslə rol
alıb. Filmin süjetinə görə, fransızlar nasistlərdən gizlənən
Britaniya bombardmançı ekipajına kömək edirlər.
Titanik ekranlara çıxanadək bu, Fransada ən uğurlu film hesab
olunurdu. Lui de Fünesin filmlərinin həvəskarlarına bu komediya
tövsiyə olunur: de Fünes nasist formasında fransız jandarmı
kostyumunda olduğundan daha gülməli görünür.
Həyat gözəldir
1997-ci ildə lentə alınmış İtalya komediyası alman həbs düşərgəsi
haqqlındadır.
Yəhudi ailəsi düşərgəyə göndərilir, ailə başçısı kiçik oğulunu
inandırmağa çalışır ki, ətrafında baş verənlər sadəcə oyundur.
Qəribə olsa da, film real hadisələrə əsaslandırılıb.
Berlinin məhvi
1949-cu ilə aid ikiseriyalı epopeyada Stalin ilahiləşdirilir.
Filmdə Bibliyadan götürülmüş obrazlardan istifadə edilir: Stalin ağ
paltarda səmadan enir, Stalin cənnət bağı yaradır, Stalin xalqa
məxsus olur. Stalinin ölümündən sonra film ekranlardan
yığışdırılır. Yalnız 1950-ci ildə 39 milyon nəfər filmə baxmağa
müvəffəq olur.
Böyük diktator
1940-cı ildə çəkilən komediyada Çarli Çaplin Adenoid Xinkellə birgə
rol alıb. Xinkel diktator rolunda çəkilib. Almanca “axsaq” mənasını
bildirən Xinkel ehtiraslı nitqlərlə çıxış edir, Vaqnerin musiqi
sədaları altında qlobusla qucaqlaşaraq rəqs edir.
Şərəfsizlər
Kventin Tarantinonun 2009-cu ilə aid filmi qəddar nasistlər və
amansız partizan-yəhudilər haqqındadır. Partizan-yəhudilər
nasistlərə zülm edirlər və Hitleri Paris kinoteatrında yandırırlar.
Tarantino kino tarixində “Hitlerlə oldu?” sualına cavab verib – onu
yəhudilər öldürdü.
Qapıdakı düşmən
Jan-Jak Annonun 2001-ci ildə lentə aldığı hərbi dramı hazırda
avropanın ən dəyərli filmidir. 62-ci ordunun məşhur snayperi Vasili
Zayçevin rolunda Cud Lou çəkilib.
Polk yoldaşları daxil olmaqla snayper Zayçevi hamı “Vasili”
çağırır. Dramda sözləri 1977-ci ilə aid 1944-cü ilin SSRİ himni
səslənir. Filmdə o qədər tarixi təhriflər olub ki, premyeradan
sonra veteranlar filmin qadağan olunması üçün Dumaya müraciət
edirlər. Lakin Duma veteranlara qulaq asmır.
Faterland
1969-cu ildə Almaniya fürerin 70-illik yubileyini qeyd etməyə
hazırlaşır. Üçüncü reyx SSRİ-yə qalib gəlir, Dublindən tutmuş Urala
qədər bütün Avropanı tutur və ABŞ-la birgə ən güclü dövlət olur.
Polis Ksaver Març partiya aktivistlərinin sirli qətllərini
araşdırır, amerika jurnalistilə təhlükəli sevgi macərası yaşayır.
Mərasim barədə yazmağa gələn həmin jurnalistə məlum olur ki,
evakuasiya olunmuş yəhudilər əslində şərqə göndərilməyiblər. Film
1994-cü ildə Robert Harrisin romanı əsasında ekranlaşdırılıb.
İndiana Cons və son səlib yürüşü
Film 1989-cu ildə rejissor Spilberq tərəfindən çəkilib. Arxeoloq
İndiana Cons (Harrison Ford) haqqında film seriyasından
üçüncüsüdür. Filmdə o, Müqəddəs Qraalya və öz atasının köməyi ilə
tək başına Almaniyaya qalib gəlir.
Birinci qisasçı
Co Constonun 2011-ci ilə aid filmi Marvel komiksləri əsasında
çəkilib. Filmdə super gücə malik qəhrəmanlar super düşmənləri -
nasistlərə qarşı vuruşurlar və onlara super effektlərin köməyi ilə
qalib gəlirlər.
İngilis xəstə
Müharibədən bəhs edən romantik dramdır. Kanadalı tibb bacısı
tanınmaz şəkildə yanan pilota qulluq edir. Pilot müharibə barədə
ona maraqlı şeylər danışır.