Bu gecə dünya ölkələrində 2018-ci il qarşılanıb.

Milli.Az ABC-yə istinadən bildirir ki, Yeni Zelandiyanın ən iri şəhəri Oklend yeni ilin qədəm qoyduğu ilk meqapolis olub.

Avstraliyanın Sidney şəhərindəki atəşfəşanlıqda bu günlərdə ölkədə həmcins insanlar arasında nikahların leqallaşdırılmasına həsr olunmuş motivlər olub.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Burj Khalifa" göydələni isə illüminasiya baxımından dünya rekordu vurub.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin