4 qonşusu və dostunu öldürən adam qətliamdan öncə anasının ayaqlarından öpərək halallıq istəyib.
Metbuat.az bilirir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Cem Kiçiktürkün 4 qonşusu və 1 dostunu öldürdüyü qətliamın detalları üzə çıxıb. Anası ilə birlikdə yaşadığı binanın qonşularının razılığından sonra söküldüyünü eşidən 48 yaşlı kişi şirkətin ofis binasına gedib. Ov tüfəngi ilə 4 qonşusunu öldürüb. Daha sonra Cem Kiçiktürkün hadisədən öncə ona silah gətirən dostunu da öldürdüyü ortaya çıxıb. 48 yaşlı kişi polis mərkəzinə gedərək 5 nəfəri öldürdüyünü etiraf edib.
Qətliam anı ofisin qarşısında yaşayan bir qadın tərəfindən telefonla çəkilib. Görüntülərdə əlində ov tüfəngi olan kişinin hadisədən sonra ofisi qaçaraq tərk etdiyi görülür.
Cem Kiçiktürk hadisəni polisə belə izah edib:
“Dostuma Kalaşnikov silahı gətirməsi üçün 10 min lirə pul verdim. O isə 3 ov tüfəngi gətirdi. Hətta biri yararsız çıxdı. Çox əsəbiləşdim. İlk evliliyimdən olan oğlum anamla birlikdə yaşayır. Anamın evinə gedib ayaqlarını öpdüm, halallıq istədim. Oğlumla görüşüb öz evimə gəldim. Qızımı öpüb qucaqladıqdan sonra birinci mənə səhv silah gətirən dostumu öldürüb quyuya atdım. Daha sonra şirkətin ofisində görüşən qoşularımı öldürdüm”.
Hadisədən 10 gün öncə Cem Kiçiktürkün sosial mediada paylaşdığı status diqqət çəkib:
“Az qaldı. Anaların nələr dünyaya gətirdiyini görəcəksiniz”.