Lent.az-ın əməkdaşının Əfqanıstanda qaldığı otel partladıldı - FOTO

Lent.az-ın əməkdaşının Əfqanıstanda qaldığı otel partladıldı - FOTO
15:19 21 Yanvar 2018
72 Digər
Ölkə mətbuatı
A- A+

2014-cü ilin aprelin 4-də Əfqanıstanda prezident seçkiləri ilə bağlı “APA Holding”in 2 əməkdaşı Lent.az saytının redaktoru, tanınmış jurnalist Səbuhi Məmmədli və APA TV-nin operatoru Fuad Kərimov Kabilə ezam olunmuşdu. Ezamiyyətdən əvvəl Azərbaycanın o vaxt Əfqanıstan və Pakistandakı səfiri olan Daşqın Şikarovla məsləhətləşərkən o, Kabilə getməyin təhlükəli olduğunu demişdi. Amma o bütün hallarda ən etibarlı oteldə qalmağımızı məsləhət gördü. Hətta o, Əfqanıstanda yaşayan azərbaycanlı iş adamlarından birinin bizə dəstək olmaq üçün əlaqə vasitələrini verdi. Səbuhi Məmmədli qeyd edir ki, otellə bağlı iki variantımız vardı: “Onlardan ən etibarlısı beş ulduzlu “Serena” oteli idi. Lakin çox bahalı olduğu üçün orada qalmaq mümkün deyildi. Biz onda “İntercantinontal” otelində qalmalı olduq. Çox etibarlı otel idi və içəri daxil olanlar 4 təhlükəsizlik mərhələsindən keçməli olurdu. Bu mərhələlərin hər birində ciddi yoxlamalar olurdu. Bununla belə otel əməkdaşları xahiş edirdilər ki, siz əcnəbi olduğunuz üçün tanımadığınız taksiyə minməyin, tanımadığınız insanlarla ünsiyyətə daxil olmayın. Bu otelin bizə verdiyi əsas təlimat idi. Biz 3 gün həmin oteldə qaldıq. Hətta adi səhər yeməyinə gedəndə də otel daxilində yoxlama aparılırdı. Otel otağına hər dəfə girib-çıxanda israrla yoxlayırdılar”.

 

Səbuhi Məmmədli bildirdi ki, bütün bu təhlükəsizlik tədbirlərinə baxmayaraq bu oteldə terror aktının törədilməsi qəribə görünür: “Mən bu gün Əfqanıstandakı jurnalist dostlarımdan biri ilə danışdım. O dedi ki, terror aktı otel işçilərindən birinin köməkliyi ilə baş verə bilər. Görünür onlardan birinin Talibanla əlaqəsi olub və terrorçulara yardım edib. Biz həqiqətən şanslı olmuşuq. Həmin vaxt da terror aktı törədilməsi riski böyük idi və Allahımız bizi qoruyub”.

 

Qeyd edək ki, ötən gecə Əfqanıstanın paytaxtı Kabulda yerləşən "İntercontinental" otelində partlayış törədilib. Terror aktı nəticəsində xeyli insan həlak olub.

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/292854

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR