Yaponiyada güclü qar -

Yaponiyada yağan güclü qar 10-larla insanın xəsarət almasına səbəb olub.

Metbuat.az-ın məlumatına görə, ən azı 67 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Ölkənin əsas meteoroloji agentliyi pis hava şəraitinin sabah da davam edəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Dünən axşamdan yağmağa başlayan qar Yaponiyada yerüstü və dəmir yolunun hərəkətini iflic edib. O cümlədən 337 daxili aviareys təxirə salınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR