"Qara qızıl"ın 2019-cu ilə qədərki PROQNOZU

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Hazırda WTI neftinin qiyməti 1 barelə görə 63,96 dollar, Brent markalı neftin 1 barelinin dəyəri 69,39 dollar, "AzeriLight" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri isə 70,94 dollar təşkil edir.

İqtisadçı Pərviz Heydərov bildirir ki, neftin dünya bazar qiymətlərinin yenidən kəskin şəkildə enəcəyi yaxın müddətdə gözlənilmir:

“Düzdür, qiymətin indiki vəziyyətində, yəni 60-70 ABŞ dollar arası dəyər səviyyəsi şist hasilatının genişlənməsi üçün əlverişlidir. Lakin məsələ ondadır ki, dünya iqtisadiyyatında hazırda bir canlanma var. Belə ki, Avrozona ölkələrində artım meyilləri müşahidə edilməkdədir. Almaniya iqtisadiyyatı sürətlə inkişaf edir. Üstəlik Çin iqtisadiyyatındakı geriləmə də bir müddətdir ki dayanıb. Bu ölkənin xam neftə tələbatı artıb. Bütün bunlara paralel olaraqsa, OPEK hasilatı azaltmaq haqda qərarını yaxın müddətdə dəyişmək niyyətində deyil. Üçüncü amil isə bundan ibarətdir ki, Yaxın Şərq regionunda siyasi vəziyyət nəyinki yaxşı deyil, getdikcə pisləşməkdədir. Odur ki, neftin qiyməti hətta 70 dolları da keçə bilər. Amma 50 dollara qədər ucuzlaşan deyil. Azı 2019-cu ilə qədər”.

Xarici valyutaların manata qarşı - Məzənnələri – Oxumaq üçün tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR