Ağacın içindən çıxan hər kəsi şoka saldı

Bir ağacın gövdəsinə sıxışıb ölən itin cəsədi ağacın içərisindəki kimyəvi maddələr sayəsində 50 il çürümədən qalıb.

Metbuat.az-ın xəbərinə görə, hadisə ABŞ-ın Corciya ştatında baş verib. 1960-cı illərə aid olduğu ortaya çıxan köpək mumiyası ağac ilə birlikdə muzeyə aparılıb.

Araşdırmaçıların təxmininə görə, köpək sincab və bənzəri heyvanı ovlamaq üçün arxasınca düşüb və ağacın deşiyindən içəri girib. Ovunu izləyən köpək ağac gövdəsinin içindəki boşluqdan dırmanaraq yuxarılara qədər çıxıb. Lakin orada sıxışıb qalan heyvan ölüb.

“Stuckie” adı verilən mumiya şabalıd ağacının içərisində tapılıb. Ağac havadakı nəmi əmdiyi üçün cəsədin qurumasına yardımçı olub. Quruyan cəsəd ağacdakı kimyəvi maddələrin təsiri ilə mumiyalaşıb. “Stuckie”nin 50 illik mumiyası hazırda, “Southern Forest World” muzeyində saxlanılır.

Aysel Yaqubqızı / Metbuat.az

Hələ də tapılmayan, amma yerləri təxminən bilinən 6 GİZLİ XƏZİNƏ - VİDEO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR