Rusiyanın Ulan-Ude şəhərində "Sberbank" və digər idarə və mağazaların olduğu inzibati binada yanğın başlayıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, yanğının qarşısının alınması üçün 30-a yaxın yanğınsöndürən cəlb olunub.
Qeyd olunur ki, yanğın binanın damında başlayıb, daha sonra mağazaya keçib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
Milli.Az