Sülhməramlılarımız Əfqanıstana yola salınıb

Sülhməramlılarımız Əfqanıstana yola salınıb
19:22 10 Yanvar 2015
175 Digər
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində Əfqanıstan İslam Respublikasında fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 39 nəfərdən ibarət qrupunun plana uyğun olaraq rotasiya qaydasında Əfqanıstana yola salınması ilə əlaqədar “N” saylı hərbi hissədə mərasim keçirilib.
 
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, mərasim iştirakçıları əsgərlərimizə uğurlar arzulayıb, Azərbaycanı layiqincə təmsil etməyi tövsiyə ediblər.
 
 
Yeni tapşırığa əsasən sülhməramlılarımız paytaxt Kabuldakı beynəlxalq hava limanını qoruyacaqlar.
 
 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb. Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, o cümlədən iki hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə iki zabiti Əfqanıstanda beynəlxalq sülhyaratma missiyasında iştirak edir.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/318212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR