Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qulluqçusu ölüb

Azərbaycanın işğal olunmuş ərazilərində erməni hərbi qulluqçusu ölüb.

Metbuat.az xəbər verir ki, trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verir.

İlkin məlumatlara görə, Ermənistan ordusunun qulluqçusu, 1998-ci il təvəllüdlü Ayk Akopyan "meninqokoksemiya" xəstəliyindən vəfat edib.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Azərbaycana siqaret qutusunda heroin keçirən şəxs yaxalandı - DGK - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR