Türkiyənin Afrin əməliyyatlarında sonuncu 12 şəhid xəbərinə tanınmışlardan sərt reaksiyalar gəlir.
Metbuat.az "Beyaz Gazete"yə istinadən bildirir ki, Afrinin terrorçulardan təmizlənməsi üçün başlanılan Zeytun Budağı Hərəkatında PYD/PKKLI terrorçuların aralarında uşaqların da olduğu mülki vətəndaşları istifadə edərək hücum həyata keçirdiyi ortaya çıxmışdı.
Şəhid xəbərləri aparıcı Ece Erkənin sərt münasibətinə səbəb olub. "Deməsəm Olmaz" proqramında danışan Erkən, "Türkiyə şəhidlərini qəlbinə gömüb. Hamımızın canı gedir. İndi güclü olma vaxtıdır" deyib.
Hücumun yaranma şəklində diqqət çəkən Ece Erkən "Bu lənətlənmiş terror, bu pisliklər, bu qəddarlar, bu şərəfsizlər döyüşməyi belə bacarmır" ifadəsini işlədib.
http://matbuat.az/news/895209/magistral-yolda-avtobus-sousu.html