Masallıda ev yanıb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yanğın rayonun Yeyənkənd kəndində ümumi sahəsi 280 m2 olan birmərtəbəli binada baş verib. Nəticədə evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 60 m2 sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.