Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb.
APA-nın məlumatına görə, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər NazirliyiAzərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.
O qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil: “Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarovheç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.