Prezident seçkiləri: Səsverməyə start verildi

Prezident seçkiləri: Səsverməyə start verildi
08:08 11 Aprel 2018
79 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Respublikası Prezidenti seçkilərinin səsvermə mərhələsi başlayıb.

Publika.az xəbər verir ki, MSK-nın “Seçkilər” İnformasiya Mərkəzində komissiya sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

M.Pənahov bildirib ki, bu gün tarixi gündür. O, qeyd edib ki, MSK başda olmaqla, bütün dairə və məntəqə seçki komissiyaları prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün tam hazırdır. Onun sözlərinə görə, bu gün 125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində 5 milyon 315 minə yaxın seçici səsvermə hüququndan istifadə edəcək. Məntəqələrin 41-i ölkə hüdudlarından kənarda - Azərbaycanın xarici ölkələrdəki səfirlik və baş konsulluqlarında yerləşir.

Komissiya sədri “Seçkilər” İnformasiya Mərkəzi tərəfindən gün ərzində 5 dəfə (10:00, 12:00, 15:00, 17:00 və 19:00-da) ölkə üzrə seçici fəallığına dair məlumat açıqlanacağını bildirib. MSK sədri qanunvericiliyə uyğun olaraq, səsvermə prosesinin 19:00-da başa çatacağını, bu tarixdə seçki məntəqələrinin bağlanacağını bildirib.

Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə bütün ölkə üzrə səsvermə prosesinə start verilib.

Qeyd edib ki, seçki bülletenlərinə 8 namizədin adı daxil edilib. Onlardan 6-nın namizədliyi siyasi partiyalar, 1-i təşəbbüs qrupu, digəri özü tərəfindən irəli sürülüb. Bunlar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyev, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, Azərbaycan Sosial-Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Araz Əlizadə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyev, Müasir Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Hafiz Hacıyev, “Cəbhəçilərin təşəbbüs qrupu” adlı təşəbbüs qrupu tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğludur.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237131.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR