Play Store

"Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev - 86,53% səs

"Opinion Way"in keçirdiyi "exit poll"un nəticəsi: İlham Əliyev - 86,53% səs
20:03 11 Aprel 2018
28 Digər
Ölkə mətbuatı
A- A+

Fransanın “Opinion Way” Tədqiqatlar İnstitutu ilə Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı “exit-pol”un nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, nəticələri elan edən Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzinin nümayəndəsi Rafiq İsmayılov bildirib ki, Naxçıvan Muxtar Respublikası istisna olmaqla respublikanın müxtəlif regionlarında monitorinqlər keçirilib:

“Exit-poll” 118 seçki dairəsi üzrə 210 seçki məntəqəsində keçirilib. Hər seçki məntəqəsində 420 intervyu aparılıb”.

“Opinion Way” Tədqiqatlar İnstitutun rəsmisi Bruno Janbart bildirib ki, 11495 nəfər arasında sorğu keçirilib.

Onun sözlərinə görə, son səsverənlərin arasında keçirilən sorğunun nəticələri də nəzərə alınıb.

Aparılan "exit-poll"un nəticələrinə əsasən

İlham Əliyev (Yeni Azərbaycan Partiyası) 86.53 faiz

Qüdrət Həsənquliyev ( Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) 3.1 faiz

Zahid Oruc (müstəqil) 2.92 faiz

Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) 2.81 faiz

Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) 1.03 faiz

Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) 1.73 faiz

Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) 1.21 faiz

Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu) 0.67 faiz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR