ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti: İlham Əliyev 85.57 faiz səs topladı

ABŞ-ın "Artur Filkenşteyn və Assosiasiya" şirkəti: İlham Əliyev 85.57 faiz səs topladı
20:08 11 Aprel 2018
52 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” Şirkəti və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqası Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı keçirdikləri “exit-poll”un nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, nəticələr barədə məlumat verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasının sədri Sabih Məmmədov bildirib ki, 40-dan artıq seçki dairəsi üzrə 200-ə yaxın seçki məntəqəsində müşahidələr keçirilib.

ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya Şirkətinin nümayəndəsi Corc Birnbaum seçki məntəqələrı açılandan saat 17:00-a qədər monitorinq keçirilib:

“14 min səs verən arasında keçirilən monitorinq ölkənin Naxçıvan Muxtar Respublikası və işğal altında olan torpaqları istisna olmaqla, 8 iqtisadi regionda keçirilib”.

Aparılan "exit-poll"un nəticələrinə əsasən

İlham Əliyev (Yeni Azərbaycan Partiyası) 85.57 faiz

Qüdrət Həsənquliyev ( Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) 2.96 faiz

Zahid Oruc (müstəqil) 2.92 faiz

Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) 2.8 faiz

Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) 1.52 faiz

Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) 1.76 faiz

Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) 1.42 faiz

Razi Nurullayev (Cəbhəçilərin təşəbbüs qrupu) 1.37 faiz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR