“RƏY” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqladı

“RƏY” Monitorinq Mərkəzi “exit-poll”un nəticələrini açıqladı
20:18 11 Aprel 2018
105 Digər
Ölkə mətbuatı
A- A+

“RƏY” Monitorinq Mərkəzi ölkədə keçirilən Prezident seçkiləri ilə bağlı keçirilən “exit-poll”un nəticələrini açıqlayıb.

Publika.az xəbər verir ki, nəticələr barədə məlumat verən təşkilatın rəhbəri Rizvan Abbasov 48 seçki dairəsinin 350 seçki məntəqəsində monitorinqlərin keçirildiyini bildirib.

Onun sözlərinə görə, seçkilərdə iştirak faizi 72.3 faiz təşkil edib. Ümumilikdə monitorinqlər zamanı təşkilatın münayəndələri exit-poll üçün 26624 nəfərə müraciət ediblər, 1251 nəfər iştirakdan imtina edib.

Aparılan "exit-poll"un nəticələrinə əsasən

İlham Əliyev (Yeni Azərbaycan Partiyası) 84.49 faiz

Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası) 3.72 faiz

Zahid Oruc (müstəqil) 3.21 faiz

Sərdar Məmmədov (Azərbaycan Demokrat Partiyası) 3.04 faiz

Fərəc Quliyev (Milli Dirçəliş İttifaqı Partiyası) 1.46 faiz

Hafiz Hacıyev (Müasir Müsavat Partiyası) 1.57 faiz

Araz Əlizadə (Azərbaycan Sosial-Demokrat Partiyası) 1.65 faiz

Razi Nurullayev (“Cəbhəçilərin təşəbbüs qrupu”) 0.86 faiz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/237238.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR