Ötən il Azərbaycanda 37 min 618 abort

"2017-ci ildə Azərbaycanda 37 618 abort icra edilib".

Bunu Respublika Perinatal Mərkəzinin direktoru, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Baş mama-ginekoloq bildirib ki, abortlar əsasən 18-25 yaşlı qadınlar üzərində icra olunub. O əlavə edib ki, abortdan sonra ölüm halı baş verməyib.

S. Məmmədova qeyd edib ki, ötən il təxminən 18 yaşına çatmayan 5-ə yaxın qadında abort icra edilib. //APA


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR