Gizli müharibə TAPŞIRIĞI, Dağlıq Qarabağ AZƏRBAYCANA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Paylaş
255 baxış·6 dəq oxu
Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin
“prezidenti” Bako Saakyan və “müdafiə naziri” Levon Mnasakyan təmas
xəttindəki postlara gəlib.Pentaqon Suriya və İraqdakı
Amerika hərbçilərinin sayını açıqlayıb.Suriya ordusu
paytaxt Dəməşq şəhəri yaxınlığında yerləşən Yermük düşərgəsinin
terrorçulardan azad edilməsi üçün əməliyyata başlayıb.Şimali Koreya liderinin ABŞ prezidenti Donald Trampla görüşünün
yeri və vaxtı məlum olub.
“Ermənistan çətin siyasi dövr yaşayır. Hesab edirəm
ki, siyasi sferada vəziyyətin sabitləşməsini gözləmək
lazımdır”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə
Azərbaycan və Ermənistandakı seçkilərdən sonra Dağlıq Qarabağ
münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin
intensivləşməsi imkanının olub-olmaması ilə bağlı suala cavabında
bildirib.
M. Zaxarova Ermənistan xalqı və siyasi qüvvələrinin Konstitusiya
çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanlarının tərkibini
müəyyən edəcəklərinə ümid etdiklərini bildirib.
“Hesab edirəm ki, bundan sonra Dağlıq Qarabağ problemi ilə bağlı
danışıqlar aparmaq imkanı olacaq. Biz öz tərəfimizdən deyə bilərik
ki, Rusiya bu problemin həlli ilə bağlı ardıcıl mövqe tutub. Ona
görə də, bundan sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir
daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini
gözləmək lazımdır”, - deyə o vurğulayıb.
“Ermənistanda inqilab Dağlıq Qarabağın Azərbaycana
qaytarılmasına hazırlıqdır”. Bu iddia ilə rusiyalı
jurnalist-ekspert Roman Jilin çıxış edib. Jilin hesab edir ki,
İrəvandakı proseslərin nəticəsində Ermənistan Qarabağı qaytarmağa
məcbur ola bilər.
İrəvandakı inqilabın İNANILMAZ SƏBƏBİ: Qarabağı qaytarmaq və... - ABŞ-ın PLANI ORTAYA ÇIXDI
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
yaradılan qondarma rejimin “prezidenti” Bako Saakyan və “müdafiə
naziri” Levon Mnasakyan təmas xəttindəki postlara
gəlib. Qondarma rejimin “rəhbərliyi” müdafiə xəttinin
gücləndirilməsi tapşırığını verib.
Qeyd edək ki, bir gün öncə Qarabağdakı erməni ordusu hazır
vəziyyətə gətirilib. İrəvanda baş verən daxili gərginlik fonunda
atılan bu addım işğalçı ölkənin cəbhədə təxribat törədə biləcəyi
ehtimalını gündəmə gətirib. Saakyanın erməni əsgərlərin olduğu
döyüş postlarına gəlməsi də cəbhədə gizli nələrinsə
planlaşdırıldığı versiyasını gücləndirir.
Ermənistanda hakim Respublika Partiyasının siyasi
qanadı mayın 8-də keçiriləcək baş nazir seçkilərində Nikol
Paşinyanın əleyhinə səs verəcək. Bu barədə “Joxovurd”
qəzeti yazıb.
Lakin qəzet qeyd edir ki, Respublika Partiyasının fraksiyası
ümumilikdə Paşinyanın xeyrinə səs verəcək.
“Milli azıqların nümayəndələri Arsen Mixaylov və Knyaz Həsənov
Paşinyanı dəstəkləyəcək. Həmçinin, generallar da Paşinyana səs
verəcəklər. Misal üçün, Seyran Saroyan artıq mövqeyini açıqlayıb.
Bununla yanaşı, bir neçə biznesmen də 8 may seçkisində Paşinyana
səs verəcək”, - deyə qəzet yazıb.
Ermənistandakı hakimiyyət dəyişikliyi ağır
nəticələrə səbəb ola bilər. Bu barədə bəyanatı Rusiya
Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yayıb.
“Heç kim zəmanət vermir ki, erməni xalqının həyatı yeni
hakimiyyətin dönəmində daha yaxşı olacaq. Ermənistan
hakimiyyətindəki adamlar da sadə vətəndaşdırlar və onların da
çatışmazlığı mövcuddur. Bu gün Ermənistanda baş verənlər dövlət
çevrilişidir. Ermənilər indiki hakimiyyəti devirməklə daha pis
hökumət əldə edəcəklər”, - o bildirib.
Türkiyədə ölkənin əsas müxalifət partiyası olan
Cümhuriyyət Xalq Partiyası (CHP) prezident postuna namizədinin
adını açıqlayıb. Namizədin adı may ayının 4-də
CHP-nin qapalı keçirilən toplantısında qərarlaşdırılıb. Yekdilliklə
Muharrem İncinin prezidentliyə namizəd olacağı elan edilib.
Xatırladaq ki, Ədalət və İnkişaf Partiyasından fəaliyətdə olan
prezident Rəcəb Tayyib Ərdoğan, İYİ Partiyadan Meral Akşener,
“Səadət” Partiyasından Temel Karamollaoğlu, Xalqların Demokratik
Partiyasından isə Selahattin Demirtaşın prezidentliyə namizədliyi
irəli sürülüb. Milliyyətçi Hərəkat və Böyük Birlik partiyaları isə
R.T.Ərdoğanın namizədliyini dəstəkləyəcəkləri barədə qərar qəbul
ediblər.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə növbədənkənar prezident və
parlament seçkilərinə namizədlərin irəli sürülməsi mayın 9-dan başa
çatacaq.
Afrindəki təmizlik hərəkatı yüz faiz bitmiş deyil.
İdlib və Tel Rıfatla bağlı proseslər davam edir. Bu
sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“XİN rəhbərimizin ABŞ-a səfəri olacaq. O səfər zamanı ABŞ Dövlət
katibi Mayk Pompeo ilə Menbiç barədə danışacaqlar. Bizlər Menbiçin
YPG və PYD-dən təmizlənməsinə hesablanmış addımlar atılmasına ümid
edirik”, - Ərdoğan bildirib.
Suriyada və İraqda 5 minə yaxın ABŞ hərbçisi
var. Bu barədə Pentaqonun mətbuat katibi Dana Uayt
bildirib.
D.Uayt deyib: "Suriyada və İraqda bizim sayımız 5 minə
yaxınndır. Bu rəqəm təxminidir". Mərbuat katibi hər ölkədə olan
hərbçilərin sayını açıqlamaqdan imtina edib.
Qeyd edək ki, ABŞ İraqd və Suriyada İŞİD terror qruplaşmasına
qarşı mübarizə aparır.
Suriya ordusu paytaxt Şam şəhəri yaxınlığında
yerləşən Yermük düşərgəsinin terrorçulardan azad edilməsi üçün
əməliyyata başlayıb. Bu barədə Rusiya Müdafiə
Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov danışıb.
ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişi
haqda qərarını açıqlayacağı tarix yaxınlaşdıqca, Tehrana qarşı
təzyiqlər artır. İsrailin baş naziri Binyamin
Netanyahunun İrana aid nüvə dosyalarını ələ keçirdiklərini iddia
etməsindən sonra hədəfə alınan Tehrana qarşı diplomatik hücum
başlanıb.
İran mühasirəyə alındı: İsrail HÜCUMA HAZIRLAŞIR
İranın nüvə razılaşması ilə bağlı bütün problemlər
“Altılıq” ölkələri və İran arasında müzakirə
edilməlidir. Bunu jurnalistlərə açıqlamasında Rusiya
Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova deyib. Onun
sözlərinə görə, İran hazırda MAQATE tərəfindən dünyada ən yaxşı
yoxlanılan ölkədir.
Zaxarova İranın nüvə fəaliyyətinin hərbi mahiyyət daşımadığını
bildirib.
Qeyd edək ki, bundan öncə İsrail İranın nüvə fəaliyyətinin hərbi
xarakter daşıdığı və İranın nüvə fəaliyyətləri bağlı arxivi ələ
keçirdiyini bəyan etmiş, İsrailin Rusiyaya qarşı sanksiyalarda yer
almadığını xatırladaraq, Moskvadan Təl-Əvivin narahatlığını başa
düşməsini xahiş etmişdi.
ABŞ-ın Cibutidəki hərbi bazasından havaya qalxan
təyyarələr Çinə məxsus bazalardan lazer hücumuna məruz
qalıb. Bu barədə ABŞ Müafiə Nazirliyinin sözçüsü Dana
Uayt məlumat verib.
Sözçü bildirib ki, təyyarələrə Çin bazalarından lazer cihazları
ilə müdaxilə edilir və buna görə ABŞ Çinə nota göndərib: “Gerçək
bir təhdid. Bunlar çox ciddi hadisələrdir. İki nəfər yaralanıb.
Rəsmi olaraq Çin hökumətinə nota göndərmişik və çinlilərin bu
olayları araşdırmasını tələb etmişik”.
Qeyd edək ki, Çinin ölkə xaricində ilk hərbi bazası olan
Cibutidəki bazası ötən ilin avqust ayında açılıb. ABŞ isə Çinin
Cibutidəki hərbi bazaları yaxınlığında yeni baza açmasını onlar
üçün ciddi problem hesab etməyib. Cibuti Çin və ABŞ-la yanaşı,
Yaponiya və Fransa hərbi bazalarına ev sahibliyi edir.
Şimali Koreya lideri Kim Çen İnlə görüş yeri və
vaxtı bəlli olub. Bu sözləri ABŞ Prezidenti Donald
Tramp deyib.
O bildirib ki, mövzu bağlı təfərrüatlar yaxın zamanda
açıqlanacaq.