Vəhşi heyvanlarla foto çəkdirmək üçün

"İnstagram" fenomeni olan 22 yaşlı Sarah Kohanın şəxsi "İnstagram" hesabında 990 min izləyicisi var.

Metbuat.az xəbər verir ki, insanların onu izləməsinin səbəbi isə dünyanı gəzərək, dünyanın dörd bir tərəfində heyvanlarla birlikdə çəkdiyi fotoları paylaşmasıdır. Sarah Kohan eyni zamanda bu işdən pul da qazanır.

Hər kəsin xəyalı olan dünya səyahətinə çıxmağı Sarah Kohan həyata keçirə bilib. Əslən avstraliyalı olan Sarah Kohan eyni zamanda hüquq tələbəsidir. Gələcəkdə vəkil olmağı planlaşdıran Sarah Kohan dərslərini donduraraq dünya turuna çıxıb.

Sidneydə yaşayan Kohan daha çox yay iqliminin hakim olduğu yerləri gəzməyi və oralarda unudulmaz fotolar çəkməyi planlaşdırır.

Onun çəkdirdiyi fotolar arasında köpək balıqları, delfinlər və balinalar ilə üzərkən çəkdirdiyi fotolar ən çox diqqət çəkənlər arasındadır.

Image result for sarah kohan haberleri

Image result for sarah kohan haberleri

https://metbuat.az/news/951982/inanilmaz-bu-insanl...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR