Ailə formatında gözəl bir doğum günü məclisindən dönürük. Səmimi ortam, içdən gələn sağlıqlar, qəhqəhələrə çevrilən zarafatlar ruhumuzu dincəldib. Təəssüratlarımızı bölüşürük, xoş ovqatımızın ömrünü uzatmaq istəyirik. Qüruba enən Günəşin qırmızı şəfəqlərindən mavi yaz səması çəhrayı-bənövşəyi rəngə boyanıb. Yol boyu sıralanan ağacların axşam düşdükcə tündləşən yaşılı ilə səmanın hər dəqiqə dəyişən rəngləri avtomobilin ön şüşəsində təkrarsız tablo yaradıb. Moskva çayını keçib mərkəzə doğru hərəkət edirik.

II HİSSƏ

- Sabah nə edirsən?

- Planlar sizə aiddir.

- Saat 3-də səni evimdə gözləyirəm.

Nəhayət bu gün Safronovun dillərə dastan mənzilini görə biləcəm. Saat 2-də oteldən ayrılıram. 10-15 dəqiqə piyada yolum var. Tverskoyla Kremlə tərəf yürüyürəm. Maestro o civarda yaşayır. Bir az Mayakovskinin heykəlinin önündə vaxt itirirəm. Oradan Azərbaycanın Moskva böyük elçiliyinə tərəf keçib bayrağımıza baxıram. Küçəni burulsam, gedəcəyim ünvandayam. Amma hələ yarım saatım var, qarşıdakı parkda gözləməyi düşünərkən telefona zəng gəlir. Nikasdır...

Dünyaca məşhur simadan Azərbaycanla bağlı MÖHTƏŞƏM AÇIQLAMALAR - FOTOLAR

“Məni heç vaxt yazmadığın kimi yaz” - Dünya şöhrətli Nikas Safronovla MÜSAHİBƏ