Dövlət Sərhəd Xidməti tərəfin­dən sər­həd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sər­­həd mühafizə tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Lent.az-a verilən məlumata görə, 30 may 2018-ci il tarixdə DSX əməkdaşlarının sayıqlığı və pe­şə­kar­lığı sayəsində 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

Hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Həmin tarixdə Cə­li­labad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olun­ub. Sərhəd zastavasının şəxsi heyəti “Silaha” ko­man­dasına qal­dı­rılmış, hadisə yerində nəzarət iz zolağında İran İslam Respub­lika­sın­dan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəx­sin ayaq izləri aşkar edilib.

Dərhal həyata keçirilmiş əməliyyat-qoşun təd­bir­ləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozu­cusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.

Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.